Avatar

miri'shelley

@aytekmirish-blog / aytekmirish-blog.tumblr.com

mezozoy erasında yadplanetli
Avatar

yek du sə çar səlam

-səmimiyyətini çox sevdim -sevilməyəcək kimi deyil -necə? -sevil deyirəm… cabbarlı… sevil… balaş… -ıssız adamı oynuyuruq? -hayt

sevilməyəcək kimi olmadığım günlərin biri idi, az getdim çox getdim dərə təpə düz sola döndüm.

-alo, hansı yol idi… yoxdu baxmağa… qalxmışam şatonu keçdim… a bildim o fil olan divar… tamam tapmasam yığacam… oldu…

bəşir səfəroğlu 137

-hə onu deyirdim köhnə stəkanlar kövrək idi hamısı da qırıldı -yadımdadı -nə?

18 yaşından kiçik şəxslərə giriş qadağandır!

-a bir dəqiqə mən burda olmuşam axı -şuriki oynuyuruq? -hayt

hepsi bu mu?!

Avatar

masada heç bir kəlbətin gözə dəymirdi, bütün kəlbətinlər dodaq-dodağa verib, onu təkləmişdi. (tktktk tk tk…) əvvəlcədən mütəşəkkil dəstə tərəfindən planlanmış sui-qəsd? (tktktktk tk tk tktk…)

-işığı söndür day gözümə düşür

yoxsa? (tktk) yoxsa? (tktk) axı o insandı özü də sophisticated version. (tk tk tktktk…) versiyalar çoxdu, qorxmağa heç bir səbəb çoxdu. yoxdu sözün deməyə dodaq dilə naz eyləyir amma

-tktktktktktk get kuxnada yaz

-stresli bir gangster başka ne ister?

-pişik.

-you found a paradise in america.

-in kuxna

, o bütün dodağlara qarşı mübarizə aparmağa hazırdı. bunu ilk olaraq onun müqəddəs peşəsi tələb edirdi, peşəsinin adını düzgün yazmağı kabinetinə hazırlatdığı reklam lövhəsindən öyrənmişdi, buna baxmayaraq işinin dişinin ustası idi (tk tk tk tk…) 

 -dastan yazırsansa mən başqa otağa keçim 

nəql etdiyim dastan deyildi. gün ərzində ən çox işlətdiyi sözlə adaş olan stomatoloq dr.ağzını aç haqqında lirik-epik poema idi.

-nə çox yazdın, sən deyildin söhbət bitməmiş ‘post’ edən? bitir oxuyum.

-save as draft

-ölümündən sonra yarımçıq əlyazması tapılan yazıçı!!!

-mən görkəmli və məhsuldar olan ingilislərdənəm

-kəlbətin hanı? kəlbətinə nə oldu?

-sənə mənə olan ona da oldu

-bəs çexov? tüfəng? 

-buona sera, buona sera, don carleone.

Avatar

Medzilaborseləşdirəbildiklərimizdənsinizmi?

Andy Warhol haqqında bir sənədli film var imiş adı “Absolute Warhola”. 2001-ci ildə çəkilib Andy’nin qohumları ilə müsahibələrdən və Warholun Slovakiyada kiçik bir qəsəbə olan Medzilaborsedə  yerləşən muzeyindən olan çəkilişlərdən ibarətdi. Sözümün canı muzey səhnələrindən birində muzeyin kuratoru Warhola məxsus ayaqqabı şəkillərini göstərdi ( ki məşhur rəsmlərindən başqa Andy’nin heç bir rəsmini görməmişdim ).

Kadrı saxlayıb dejavu yaşamış kimi ayaqqabıya baxırdım. Bəlkə uşaqlıqda kimdəsə olub, ya da yox bəlkə şəkil hardasa qarşıma çıxıb öff deyərkən ta da da da

Search: Sylvia Plath shoes edib içimdən çox dərin bir ohhhh da dedim. Düzü belə oxşamırdılar amma bir şeyi xatırlamağın verdiyi sevinc nə gözəl bir şey imiş:D

P.S yazını boş verin də pop artın hər sakini tərəfindən tanındığı o qəsəbənin adı necə gözəl səslənir

Avatar
reblogged
Avatar
lifeinpoetry
I am a child of America a step child raised in a back room

Pat Barker, as quoted by Audre Lorde in “Introduction: Movement in Black by Pat Barker” (via lifeinpoetry)

Avatar
Anonymous asked:

penelopa hansısa əsərdir ya necə?

odisseyin zövcəsidi / homer "odyysey"

Avatar

-bananbalıqları mövcud olsaydı xəzərdə rast gəlinərdi səncə?  -küfr edirsən, məsləhət bilsəm yaradardım da.

balıq bürcü altında doğulmuş, doğulacaq və heç vaxt doğula bilməyəcək ruh naminə…

-balıq bürcü olur a  -bilmirəm valla bürüncdən balıq heykəlləri gördüm gələndə…yaxşı şşşş 

…bilməyəcək ruh naminə. əziz həmdinlərim, həmdillərim və həmbürclərim, sizi bura toplamaqda məqsədimiz…

-məqsəd nədi hə  -sakit şşşş 

 ..və ümid edirik ki…. 

-a məqsədi eşitmədim  -şşşşş 

…təşəkkürlər.

-ee şış şış nədie  -şşşşşşş  -balıq başdan iy verir, hə?  -balıqların başşşşın burax  -tikdiyimi bu gecə də söküm? -penelopasan sən? -penelopa da balıq bürcü idi…

Avatar
Anonymous asked:

Aytəkin Miriş? :)

arifə miriş’arə kifayətdir

Avatar

qabırğamızdakı kilsəylə bağlı bir şeir yazmağ istəyirdim. sonra muhsin ünlü gəldi ağlıma ah dedim. ah dedim deməsinə amma ahım ağlımdakı şeiri də qoltuğuna vurub dağlara getdi. dərə təpə düz getdi, gedib bir ucqar dağ kəndində 103yaşlı nənədən uzunömürlülüyünün sirri haqqında müsahibə alıb qayıdacaqdı. nənə ‘əslində 102yaşın içindəyəm çünki bu günə qədər içimə heç nəyi buraxmamışam’ deyincə ahım nənənin yerdə qalan bir yaşını da götürüb kənddən çıxıb, bir daha geri qayıtmıyıb. -görəsən nənə həyatı boyu balina görübmüş? -hansı balina? -ümumiyyətlə deyirəm. -hə, deyəcəyim odu ki ahımı axtarıram. -ahınız balina tuta bilir? -ahım hərşeyi tutur ona görə də narahatam. 3 ay keçdi. nənəyə təcavüz olunduğu üçün 103 yaşı tamam olmamış vəfat etdi. reportaj efirə getmədi. ahınızdan [muğiyet] olun.

Avatar

‘be pleased then, you, the living, in your delightfully warmed bed, before lethe's ice-cold wave will lick your escaping foot.’   Goethe.

You, the Living / Roy Andersson

Avatar

-gecə qulaqbatırıcı sükunətə qərq olub və ya sükunət gecənin qulaqlarını batırıb. sən axı yaxşı bilirsən ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. “sıfır üstəgəl sıfır elə sıfıra bərabərdir. heç bir şey yenidən geri qayıtmırsa deməli hər şey sıfırdır.”

-deməli gecə balıqlar eşitmir?

-hansı balıqlar?

-dənizin dibindəki lilə başlarını salıb yatırlar deyə düşünürəm.

-balıqlar bir halda eşidir ki, onlara şeir deyəsən.

-hə “gecələr elə şirin yatırsız ki, elə bil, ölməkdən ötrü darıxırsız. elə bil, yatmağı ölməkdən ötrü öyrədiblər sizə.”

-aqşin yenisey də səməd behrənginin biraz uzaq qohumudur.

-kitab cümlələri ilə danışırsan yenə.

-neyniyim?

-yat. kitab cümlələri ilə. 

Avatar
reblogged
I’m coming back in… and it’s the saddest moment of my life.

Ed White expresses his sorrow at the conclusion of the first American spacewalk during the Gemini 4 mission on 3 June 1965. (via turalahmedsoy)

Avatar
reblogged

Sam Shepard and Jessica Lange

By Bruce Weber

hər kəsin evinin baxçasında basdırılmış uşaqlar və uşaqlıqlar var. sam shepard o ölüləri torpağın altından çıxardır.

Avatar
reblogged

37-ci sonet

-“Zəif , qoca ata sevinir hər dəm Cavan övladının şücaətiylə. Mən də sevinirəm, fərəhlənirəm Sənin düzlüyünlə ləyaqətinlə…”

-Neçiyә verirsiz?

-“Səndəki gözəllik, ağıl, nəcabət Tac kimi üstümə salıb əlvan nur…”

-necә? almanı deyirә…

-mәn açıq söylәyәcәyәm! (başını dik qaldırır)

-aaa alma?

-düşmәnimiz Kapulettinin qızına vurulmuşam. (bir az tәәssüflә)

-alma satırsız ya gedim?

-get monastra, Ofeliya! (әli ilә yolu göstәrir)

-(dodaqaltı mızıldayıb, gedir) Ceyhuna dedim hәlә özün al zir-zibili, Ofeliya Ofeliya…

Ceyhun, 19 yaş, otaq yoldaşımdır, 2 kitabı var.

-Nәsә ala bilmәdin? -Ceyhun, olar sәnә John deyim? -Lennon? -Milton.

Hekayə “Hərşey 37-ci sonetlә başladı” ilə başlamalı idi.

You are using an unsupported browser and things might not work as intended. Please make sure you're using the latest version of Chrome, Firefox, Safari, or Edge.